12:39 / 29-10-2025
Sabah yağış yağacaq
Kiberdələduzluqla bağlı növbəti xəbərdarlıq edilib - Video
Tarix: 29-10-2025 10:26 | Bölmə: Slayd
Kiberdələduzluqla bağlı növbəti xəbərdarlıq edilib

Polis kiberdələduzluq halları, şübhəli zənglərlə bağlı vətəndaşlara xəbərdarlıq edib.

Reyting.az
xəbər verir ki, Daxili İşlər Nazirliyinin xəbərdarlığında deyilir:

"Kiberdələduzlar cinayətkar niyyətlərini həyata keçirmək üçün fərqli ssenarilər qurur, istifadə etdikləri üsul və vasitələri dəyişirlər. Məqsəd isə dəyişməz qalır.

Unutmayın, kartınıza kənar müdaxilənin yalnız bir yolu var. Kart məlumatlarınızı, CVV, 3D təhlükəsizlik, SMS vasitəsilə göndərilən təsdiq kodları, kartınızın məxfi şifrələrini ələ keçirmək və bununla da pulunuzu talamaq.

Ona görə də kimin, hansı məqsədlə zəng etməsindən asılı olmayaraq, sosial şəbəkələr, digər internet resurslarından daxil olan təklifləri dəqiqləşdirmədən şəxsi və bank kartı məlumatlarınızı heç kimlə bölüşməyin.

Bu təhlükənin qarşısını isə ilk növbədə özünüz ala bilərsiniz. Sizə şübhəli gələn hallara reaksiya verməyə tələsməyin və bu barədə dərhal polisə müraciət edin. Gəlin, kibermaarifləndirmə sahəsində səylərimizi birlikdə artıraraq yaxın çevrəmizdə olan insanları da məlumatlandıraq. Bununla da kiberdələduzların cinayətkar niyyətlərini qarşısını alaq və bank kartlarımızın təhlükəsizliyini qoruyaq!"





Bölməyə aid digər xəbərlər
21-10-2025, 13:59 Ukrayna parçalana bilər