Şahbaz Şərifin Azərbaycana səfəri başa çatıb
Tarix: 25-02-2025 13:04 | Bölmə: Gündəm
Şahbaz Şərifin Azərbaycana səfəri başa çatıb

Pakistanın Baş naziri Məhəmməd Şahbaz Şərifin Azərbaycana dövlət səfəri fevralın 25-də başa çatıb.

Reyting.az
xəbər verir ki, hər iki ölkənin Dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.

Pakistanın Baş naziri Məhəmməd Şahbaz Şərifi hava limanında Azərbaycan Respublikası Baş nazirinin birinci müavini Yaqub Eyyubov, xarici işlər nazirinin müavini Yalçın Rəfiyev və digər rəsmi şəxslər yola saldılar.




Bölməyə aid digər xəbərlər