Ceyhun Bayramov Səudiyyə Ərəbistanına gedib - (Yenilənib)
Tarix: 26-02-2025 16:15 | Bölmə: Gündəm
Ceyhun Bayramov Səudiyyə Ərəbistanına gedib - (Yenilənib)

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Səudiyyə Ərəbistanı Krallığına rəsmi səfərə yola düşüb.

Reyting.az
xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, səfər çərçivəsində Azərbaycan XİN başçısının Səudiyyə Ərəbistanı Krallığının xarici işlər naziri şahzadə Feysəl bin Fərhan Əl Səud ilə görüşü nəzərdə tutulub.

***

Azərbaycan xarici İşlər naziri Ceyhun Bayramov ilə Səudiyyə Ərəbistanı Krallığının xarici işlər naziri şahzadə Feysəl bin Fərhan Əl Səud arasında geniş tərkibdə görüş olub.

Reyting.az
xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, görüşdə iki ölkə arasında iqtisadiyyat, ticarət, investisiya, enerji sahələrində ikitərəfli və çoxtərəfli əməkdaşlıq gündəliyi, həmçinin qarşılıqlı maraq doğuran regional və beynəlxalq məsələlər müzakirə olunub.

BMT, İslam Əməkdaşlıq Təkilatı (İƏT) və Qoşulmama Hərəkatı çərçivəsində əməkdaşlıq da gündəmin əsas mövzusu olub.

Nazir Ceyhun Bayramov regionda münaqişədən sonrakı vəziyyət, Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması prosesinin hazırkı vəziyyəti, mövcud çağırışlar, o cümlədən Ermənistanın Konstitusiyasında təsbit olunmuş ərazi iddialarının davam etdirilməsi barədə qarşı tərəfə ətraflı məlumat verib.




Bölməyə aid digər xəbərlər