Qvineya-Bisau prezidentinin Azərbaycana səfəri başa çatıb - Fotolar
Tarix: 28-02-2025 11:49 | Bölmə: Gündəm
Qvineya-Bisau prezidentinin Azərbaycana səfəri başa çatıb

Qvineya-Bisau Respublikasının Prezidenti Umaru Sisoku Embalonun Azərbaycan Respublikasına rəsmi səfəri fevralın 28-də başa çatıb.

Reyting.az
xəbər verir ki, hər iki ölkənin Dövlət bayraqlarının dalğalandığı və ali qonağın şərəfinə fəxri qarovul dəstəsinin düzüldüyü Heydər Əliyev Beynəlxalq Aeroportunda Qvineya-Bisau prezidentini Azərbaycan baş nazirinin birinci müavini Yaqub Eyyubov, xarici işlər nazirinin müavini Yalçın Rəfiyev və digər rəsmi şəxslər yola salıblar.






Bölməyə aid digər xəbərlər