Dövlət orqanları üçün vahid indekslərin siyahısı genişlənib
Tarix: 07-03-2025 09:52 | Bölmə: Gündəm
Dövlət orqanları üçün vahid indekslərin siyahısı genişlənib

Nazirlər Kabineti “Dövlət orqanları, dövlət mülkiyyətində olan və paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslər, dövlət adından yaradılan publik hüquqi şəxslər və komissiyalar üçün müəyyən edilmiş vahid indekslərin Siyahısı”nın təsdiq edilməsi haqqında 15 sentyabr 2022-ci il tarixli qərarında dəyişiklik edib.

Reyting.az
xəbər verir ki, baş nazir Əli Əsədov bununla bağlı qərar imzalayıb.

Qərara əsasən, Siyahıya Prezident yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi əlavə olunub.




Bölməyə aid digər xəbərlər