Avtomobil Yolları Dövlət Agentliyinə 1.5 milyon ayrılıb - Sərəncam
Tarix: 07-03-2025 16:14 | Bölmə: Gündəm
Avtomobil Yolları Dövlət Agentliyinə 1.5 milyon ayrılıb

Prezident İlham Əliyev Əmirli-Xanağalı-Uğurbəyli və Alpout-Qarayusifli-Tumaslı avtomobil yollarının əsaslı təmiri üçün vəsaitin ayrılması barədə Sərəncam imzalayıb. 

Reyting.az
xəbər verir ki, 15 min əhalinin yaşadığı 11 yaşayış məntəqəsini birləşdirən yolun əsaslı təmiri üçün 1,5 milyon manat ayrılacaq.  

Sənədə əsasən, vəsait Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ayrılacaq. 




Bölməyə aid digər xəbərlər