15:19 / 17-03-2025
Müğənni həbs edilib
Almaniya prezidenti Azərbaycana rəsmi səfər edəcək
Tarix: 17-03-2025 14:28 | Bölmə: Gündəm
Almaniya prezidenti Azərbaycana rəsmi səfər edəcək

Almaniya prezidenti Frank-Valter Ştaynmayer Ermənistan və Azərbaycana ilk dəfə rəsmi səfərlər edəcək.

Reyting.az
xəbər verir ki, bu barədə Almaniya prezidentinin mətbuat xidməti məlumat yayıb.

Səfər 30 mart - 2 aprel tarixlərində baş tutacaq və Ştaynmayeri həyat yoldaşı Elke Büdenbender müşayiət edəcək.

Ermənistana səfər çərçivəsində prezident Vaaqn Xaçaturyan və baş nazir Nikol Paşinyanla görüşlər planlaşdırılır. Ştaynmayer həmçinin bir sıra mədəni tədbirlərdə iştirak edəcək.

Azərbaycanda Ştaynmayer rəsmi şəxslərlə görüşlər keçirəcək. Səfərin gündəliyinə "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğuna səfər və xristian, müsəlman və yəhudi dini icmalarının nümayəndələri ilə görüşlər də daxildir.




Bölməyə aid digər xəbərlər