Səudiyyə Ərəbistanının Kralı İlham Əliyevi təbrik edib
Tarix: 30-03-2025 10:52 | Bölmə: Gündəm
Səudiyyə Ərəbistanının Kralı İlham Əliyevi təbrik edib

Səudiyyə Ərəbistanının Kralı Salman bin Əbdüləziz Al Səud Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevi təbrik edib.

Reyting.az
xəbər verir ki, təbrikdə deyilir:

"Əs-səlamu əleykum və rəhmətullahi və bərəkətuhu.

Zati-alinizə mübarək Ramazan bayramı münasibətilə ən səmimi təbriklərimizi və xoş arzularımızı çatdırmaqdan məmnunluq duyuruq. Sizə cansağlığı və xoşbəxtlik arzulayırıq.

Allahdan diləyirik ki, bu mübarək bayramda Zati-alinizə və qardaş xalqınıza daha çox tərəqqi və firavanlıq nəsib etsin, həmçinin İslam ümmətimizi qüdrətli və sabit etsin.

Zati-alinizə salamlarımızı çatdırır və ehtiramımızı bildiririk".




Bölməyə aid digər xəbərlər