DİN: "Dələduzlar orijinala oxşar dizaynla tələ saytları yaradırlar"
Tarix: 06-04-2025 22:08 | Bölmə: Gündəm
DİN: "Dələduzlar orijinala oxşar dizaynla tələ saytları yaradırlar"

"Dələduzlar orijinala oxşar dizaynla tələ saytları, kredit təşkilatlarının saxta saytlarını yaradırlar".

Reyting.az
 xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin rəisi polis polkovnik-leytenantı Elşad Hacıyev açıqlama verib.

O bildirib ki, fişinq saytlarını ilk baxışdan orijinaldan ayırmaq çətindir, lakin bu mümkündür: "Ünvanın https ilə başladığına əmin olun, domen adında hərflərə və rəqəmlərə diqqət etməlisiniz. Həmin saytların tələb etdiyi qaydaları ilə məbləğindən asılı olmayaraq onlayn ödəniş etsəniz şəxsi məlumatlarınız oğurlanacaqdır. Məsələn, "I" yerinə "1" və ya "o" hərfi yerinə "0" kimi aldatmalarının olub-olmadığını yoxlayın”.




Bölməyə aid digər xəbərlər