Xarici İşlər Nazirliyi Ağdaban faciəsi ilə bağlı paylaşım edib
Tarix: 08-04-2025 10:41 | Bölmə: Gündəm
Xarici İşlər Nazirliyi Ağdaban faciəsi ilə bağlı paylaşım edib

Azərbaycan Xarici İşlər Nazirliyi Ağdaban faciəsi ilə bağlı paylaşım edib.

Reyting.az 
xəbər verir ki, Ermənistan tərəfindən azərbaycanlılara qarşı 33 il əvvəl törədilmiş dəhşətli cinayətlərdən biri olan Ağdaban qətliamı ilə bağlı XİN-in açıqlamasında deyilir: 

"1992-ci ildə 130 evdən ibarət Ağdaban kəndi erməni silahlı birləşmələri tərəfindən yerlə yeksan edilərək tamamilə məhv edilib, 779 nəfər kənd sakini işgəncələrə məruz qalıb, 32 nəfər isə amansızlıqla qətlə yetirilib.

Ermənistanın və onun himayə etdiyi silahlı birləşmələrin azərbaycanlılara qarşı törətdiyi cinayətlərin növbəti bir təzahürü olan Ağdaban faciəsinin qurbanlarının əziz xatirəsini dərin hüznlə anırıq. Allah rəhmət eləsin!".




Bölməyə aid digər xəbərlər