Cümə axşamı, 17 aprel 2025, 07:39:16  
İlham Əliyev: Ayırıcı xətlər çəkmək cəhdləri uğursuz olacaq
Tarix: 09-04-2025 10:06 | Bölmə: Gündəm
İlham Əliyev: Ayırıcı xətlər çəkmək cəhdləri uğursuz olacaq

Azərbaycan bir çox ölkələrlə strateji tərəfdaşlıq sazişləri imzalayıb. Bütün bunlar coğrafi, siyasi, iqtisadi və nəqliyyat sahələrində Mərkəzi Asiya regionu ilə Avropa arasında ümumi yanaşmaları formalaşmağa imkan yaradıb.

Reyting.az
xəbər verir ki, bu sözləri Azərbaycan prezidenti İlham Əliyev ADA Universitetində keçirilən "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forumda çıxışı zamanı deyib.

Dövlət başçısının sözlərinə görə, regionda uzunmüddətli əməkdaşlığa gəldikdə, əgər xəritəyə baxsaq, görərik ki, Azərbaycan burada əsas yer tutur. “Bəziləri Azərbaycanın nəinki bu prosesdən, o cümlədən, ümumiyyətlə, prosesdən ayırmaq və Cənubi Qafqazda ayırıcı xətlər çəkməyə cəhd göstərir. Lakin bu, birmənalı olaraq uğursuz olacaq”.




Bölməyə aid digər xəbərlər