İlham Əliyev: İranla yaxşı münasibətlərə malik olmaq istəyirik
Tarix: 09-04-2025 13:42 | Bölmə: Gündəm
İlham Əliyev: İranla yaxşı münasibətlərə malik olmaq istəyirik

“Biz İran prezidentinin bu ay Azərbaycana səfər edəcəyini gözləyirik. Bu, ikitərəfli münasibətlərin və regional hadisələrin inkişafı baxımından vacib səfər olacaq”.

Reyting.az
xəbər verir ki, bu barədə Azərbaycan prezidenti İlham Əliyev ADA Universitetində keçirilən “Yeni dünya nizamına doğru” mövzusunda beynəlxalq forumda çıxışı zamanı bildirib.

Bu günə qədər iki ölkənin yüksək səviyyəli nümayəndələrinin qarşılıqlı səfərlərinə toxunan dövlətimizin başçısı vurğulayıb ki, seçki prosesi zamanı İranda baş verən proseslər bizi məmnun etdi: “Biz İrandan müsbət mesajlar eşitdik. Biz bütün qonşularımızla, o cümlədən İranla yaxşı münasibətlərə malik olmaq istəyirik. İranla geniş nəqliyyat və iqtisadi gündəliyimiz var”.




Bölməyə aid digər xəbərlər