Prezident İlham Əliyev Türkiyədə işgüzar səfərdədir - Fotolar
Tarix: 10-04-2025 14:05 | Bölmə: Gündəm
Prezident İlham Əliyev Türkiyədə işgüzar səfərdədir

Azərbaycan prezidenti İlham Əliyevin Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın dəvəti ilə 4-cü Antalya Diplomatik Forumunda iştirak etmək üçün Türkiyəyə işgüzar səfəri başlayıb.

Reyting.az
xəbər verir ki, Antalya Beynəlxalq Hava Limanında prezident İlham Əliyevi və birinci xanım Mehriban Əliyevanı Antalya şəhərinin valisi Hulusi Şahin və digər rəsmi şəxslər qarşılayıblar.

Qeyd edək ki, Antalya Diplomatik Forumu Türkiyə Xarici İşlər Nazirliyi tərəfindən 2021-ci ildən təşkil olunan beynəlxalq forumdur. Forum müxtəlif ölkələrdən nüfuzlu siyasətçiləri, dövlət və hökumət başçılarını, xarici işlər nazirlərini bir araya gətirir.

“Parçalanmış dünyada diplomatiyanın bərpası” (Reclaiming Diplomacy in a Fragmented World) mövzusuna həsr olunmuş IV Antalya Diplomatik Forumu 11-13 aprel tarixlərində baş tutacaq. Forumda müxtəlif ölkələrdən 250-yə yaxın iştirakçı qeydiyyatdan keçib. Onların arasında dövlət və hökumət başçıları, beynəlxalq təşkilatların rəhbərləri, vitse-prezidentlər, xarici işlər nazirləri və xarici siyasət məsələləri ilə məşğul olan siyasətçilər, dövlət xadimləri yer alır.






Bölməyə aid digər xəbərlər