Moskvada Putin-Əliyev-Paşinyan görüşü nəzərdə tutulmayıb
Tarix: 11-04-2025 12:31 | Bölmə: Gündəm
Moskvada Putin-Əliyev-Paşinyan görüşü nəzərdə tutulmayıb

Ermənistan baş nazirinin mətbuat katibi Nazeli Bağdasaryan mayın 9-da Moskvada baş nazir Nikol Paşinyan, Rusiya prezidenti Vladimir Putin və Azərbaycan prezidenti İlham Əliyevin iştirakı ilə üçtərəfli görüşün planlaşdırıldığı barədə mətbuatda yayılan məlumatları təkzib edib.

Reyting.az
xəbər verir ki, Paşinyanın mətbuat katibi belə bir görüşün nəzərdə tutulmadığını deyib.

“Mayın 9-na üçtərəfli formatda Əliyev-Putin-Paşinyan görüşü nəzərdə tutulmayıb”, - Bağdasaryan erməni mediasına bildirib.

Xatırladaq ki, bundan əvvəl Rusiya prezidenti Vladimir Putinin mayın 9-da Moskvanın Qırmızı Meydanında paraddan əvvəl Ermənistanın baş naziri Nikol Paşinyan və Azərbaycan prezidenti İlham Əliyevlə üçtərəfli formatda görüşəcəyi barədə məlumatlar yayılıb.

ELÇİN




Bölməyə aid digər xəbərlər