08:47 / 16-04-2025
Bayden Trampı tənqid edib
Azərbaycan və Türkiyə prezidentləri görüşüb - (Yenilənib) - Foto
Tarix: 11-04-2025 14:14 | Bölmə: Gündəm
Azərbaycan və Türkiyə prezidentləri görüşüb - (Yenilənib)

Bu dəqiqələrdə Antalyada Azərbaycan prezidenti İlham Əliyevin Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ilə görüşü keçirilib.

Reyting.az
 xəbər verir ki, bu barədə Azərbaycan prezidentinin mətbuat xidməti məlumat yayıb.

***

Aprelin 11-də Antalyada Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan ilə görüşü keçirilib.

Reyting.az
xəbər verir ki, görüşdə Azərbaycanla Türkiyə arasında qardaşlıq və müttəfiqlik münasibətlərinin bütün sahələrdə uğurla inkişafından məmnunluq ifadə olunub, əlaqələrimizin perspektivləri müzakirə edilib.

İlham Əliyev Antalya Diplomatik Forumuna dəvətə görə Rəcəb Tayyib Ərdoğana təşəkkürünü bildirərək, bu tədbirin beynəlxalq gündəlikdə duran vacib məsələlərin müzakirəsi üçün dünyanın aparıcı platformalarından biri olduğunu deyib.

Söhbət zamanı dövlət başçıları ikitərəfli münasibətlər, Cənubi Qafqaz və Yaxın Şərq bölgələrində vəziyyətlə bağlı fikir mübadiləsi aparıblar.





Bölməyə aid digər xəbərlər