Azərbaycan və Türkiyənin müdafiə nazirləri görüşüb - Video
Tarix: 12-04-2025 11:38 | Bölmə: Gündəm
Azərbaycan və Türkiyənin müdafiə nazirləri görüşüb

Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənov Antalya şəhərində keçirilən “Antalya Diplomatik Forumu” çərçivəsində Türkiyə Respublikasının Milli müdafiə naziri Yaşar Güler ilə görüşüb.

Reyting.az
xəbər verir ki, bu barədə Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildiriblər.

Məlumata görə, görüşdə hər iki qardaş ölkə arasında hərbi əməkdaşlığın cari vəziyyəti və inkişaf perspektivləri müzakirə olunub, həmçinin regional təhlükəsizlik məsələlərinə dair fikir mübadiləsi aparılıb.






Bölməyə aid digər xəbərlər