10:02 / 07-07-2025
Ruslar Odessaya hücum edib
20:08 / 06-07-2025
BRICS Sammiti başlayıb
Gürcüstan prezidenti Fəxri və Şəhidlər xiyabanlarını ziyarət edib - Fotolar
Tarix: 16-04-2025 10:33 | Bölmə: Gündəm
Gürcüstan prezidenti Fəxri və Şəhidlər xiyabanlarını ziyarət edib

Gürcüstan Prezidenti Mixeil Kavelaşvili aprelin 16-da Fəxri xiyabana gələrək xalqın Ümummilli Lideri, müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin xatirəsini ehtiramla yad edib, məzarı önünə əklil qoyub.

Reyting.az
xəbər verir ki, görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi yad olunub, məzarı üzərinə tər güllər düzülüb.

Eyni zamanda Azərbaycanda rəsmi səfərdə olan Gürcüstan Prezidenti aprelin 16-da Şəhidlər xiyabanını da ziyarət edib.

Mixeil Kavelaşvili Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçmiş qəhrəman Vətən övladlarının xatirəsini ehtiramla yad edib, “Əbədi məşəl” abidəsinin önünə əklil qoyub.

Sonra Bakının ən hündür nöqtəsindən paytaxtın mənzərəsini seyr edən ali qonağa Şəhidlər xiyabanının tarixi və şəhərdə görülən abadlıq-quruculuq işləri barədə məlumat verilib.







Bölməyə aid digər xəbərlər