15:41 / 18-04-2025
Sabahdan bu yollar bağlancaq
Diplomatik korpusun nümayəndələri Qarabağa səfər edib
Tarix: 18-04-2025 09:23 | Bölmə: Gündəm
Diplomatik korpusun nümayəndələri Qarabağa səfər edib

Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev diplomatik korpusun nümayəndələrinin Qarabağa səfəri barədə paylaşım edib.

Reyting.az
xəbər verir ki, o, Bakıda akkreditə olunmuş diplomatik korpus nümayəndələri ilə birlikdə Füzuli hava limanına endiklərini bildirib: "Bakıda akkreditə olunmuş diplomatik korpusla birlikdə Füzuli hava limanına endik. Şuşa və Xankəndiyə yollanırıq. Xankəndidə Qarabağ Universitetini və tələbələri ziyarət edəcəyik. Münaqişədən sonrakı yenidənqurma və Qarabağ və Şərqi Zəngəzurun transformasiyası təsirlidir!".




Bölməyə aid digər xəbərlər