Birinci vitse-prezident Fransaya səfərə gedib
Tarix: 11-03-2019 16:50 | Bölmə: Gündəm
Birinci vitse-prezident Fransaya səfərə gedib

Azərbaycan birinci vitse-prezidenti xanım Mehriban Əliyeva martın 11-də Fransaya səfərə gedib.

Reyting.az bildirir ki, bu barədə AZƏRTAC məlumat yayıb.

Mehriban Əliyeva Parisdə Fransanın Milli Xərçəng İnstitutunun təsisçisi və keçmiş prezidenti professor David Hayat ilə görüşüb.

Görüşdə onkoloji xəstəliklərin qarşısının alınması, bu sahədə təcrübə mübadiləsinin aparılması və yeni əməkdaşlıq istiqamətlərinin müəyyənləşdirilməsi ilə bağlı geniş fikir mübadiləsi aparılıb.

Bundan əlavə, iki ölkənin onkologiya mərkəzləri arasında sıx əməkdaşlığın qurulmasının və birgə layihələrin həyata keçirilməsinin zəruriliyi vurğulanıb.

Reyting.az




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}