İlham Əliyev Əfqanıstan prezidenti ilə görüşüb
Tarix: 14-03-2019 14:15 | Bölmə: Gündəm
İlham Əliyev Əfqanıstan prezidenti ilə görüşüb

Martın 14-də Azərbaycan prezidenti İlham Əliyev VII Qlobal Bakı Forumunda iştirak edən Əfqanıstanın dövlət başçısı Məhəmməd Əşrəf Qani ilə görüşüb.

Reyting.az xəbər verir ki, əvvəlcə Azərbaycan prezidenti İlham Əliyev ilə Əfqanıstan prezidenti Məhəmməd Əşrəf Qani arasında təkbətək görüş olub.

Sonra görüş nümayəndə heyətlərinin iştirakı ilə davam etdirilib.

Görüşdə ikitərəfli əlaqələr, həmçinin iqtisadi sahədə münasibətlərin inkişaf perspektivləri ilə bağlı fikir mübadiləsi aparılıb.

Sonra Azərbaycan-Əfqanıstan sənədləri imzalanıb.

Reyting.az




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}