İlham Əliyevlə Nikol Paşinyanın görüş yeri bəlli oldu - Yenilənib
Tarix: 27-03-2019 12:14 | Bölmə: Gündəm
İlham Əliyevlə Nikol Paşinyanın görüş yeri bəlli oldu

ATƏT-in Minsk qrupu həmsədrlərinin təklifi əsasında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Ermənistan Respublikasının Baş naziri Nikol Paşinyan görüşəcəklər.

Reyting.az-ın məlumatına görə, Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə müzakirələr aparmaq məqsədi daşıyan görüş 29 mart tarixində Avstriyanın paytaxtı Vyana şəhərində baş tutacaq. Artıq bununla bağlı razılıq əldə olunub.

***
Ermənistan mətbuatı isə bildirir ki, Nikol Paşinyan martın 28-də Avstriyaya iki günlük işgüzar səfərə gedəcək.

Bu ölkə hökumətinin mətbuat xidmətinin məlumatına görə, Vyanada ATƏT-in Minsk qrupu həmsədrlərinin təşəbbüsü ilə Nikol Paşinyanın Azərbaycan prezidenti İlham Əliyevlə görüşü baş tutacaq.

Səfər çərçivəsində Paşinyanın Avstriyanın kansleri Sebastyan Kurts və prezident Aleksandr Van Der Belenlə də görüşləri planlaşdırılıb.

Reyting.az




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}