17:38 / 28-03-2024
Əməkdar artist vəfat edib
Prezident yol tikintisinə 14 milyon manat ayırdı - Sərəncam
Tarix: 08-04-2019 16:34 | Bölmə: Gündəm
Prezident yol tikintisinə 14 milyon manat ayırdı

Prezident İlham Əliyev Şəmkir rayonunun Şəmkir–Zəyəm–Düyərli–Şiştəpə–Bayramlı avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb.

Sərəncamda qeyd edilir ki, səksən beş min nəfər əhalinin yaşadığı 8 yaşayış məntəqəsini birləşdirən Şəmkir–Zəyəm–Düyərli–Şiştəpə–Bayramlı avtomobil yolunun tikintisi məqsədilə Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsinin dövlət əsaslı vəsait qoyuluşu xərclərinin bölgüsündə avtomobil yollarının tikintisi və yenidən qurulması üçün nəzərdə tutulmuş vəsaitin 14 milyon manatı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ayrılsın.

Maliyyə Nazirliyi bu Sərəncamın 1-ci hissəsində göstərilən məbləğdə maliyyələşməni təmin edəcək, Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll edəcək.

Reyting.az




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}