Mehriban Əliyeva Valentina Matviyenko ilə görüşdü - Fotolar
Tarix: 12-04-2019 17:11 | Bölmə: Gündəm
Mehriban Əliyeva Valentina Matviyenko ilə görüşdü

Azərbaycanın birinci vitse-prezidenti Mehriban Əliyeva Bakıda rəsmi səfərdə olan Rusiya Federasiya Şurasının sədri Valentina Matviyenko ilə görüşüb.

Reyting.az bildirir ki, Mehriban Əliyeva rusiyalı qonağı yubileyi və təltif edildiyi mükafatlar münasibətilə təbrik edib, Valentina Matviyenkoya möhkəm cansağlığı, gələcək fəaliyyətində yeni nailiyyətlər arzulayıb.

Birinci vitse-prezident Rusiya Federal Məclisi Federasiya Şurası sədrinin gördüyü işlərin əhəmiyyətini xüsusi vurğulayıb, bu fəaliyyətin Azərbaycan ilə Rusiya arasında dostluq əlaqələrinin daha da möhkəmlənməsinə mühüm töhfə olduğunu deyib.

Mehriban Əliyeva Valentina Matviyenko ilə görüşdü

Azərbaycanda yenidən olmaqdan məmnunluğunu ifadə edən Valentina Matviyenko ölkəmizə həmişə xoş niyyətlə gəldiyini söyləyib. O, Azərbaycanda göstərilən qonaqpərvərliyə və diqqətə görə minnətdarlığını bildirib.

Xanım Matviyenko Azərbaycan prezidenti İlham Əliyevlə görüşdüyünü, bu görüşün onun üçün böyük şərəf olduğunu bildirib. O, prezident İlham Əliyev ilə Azərbaycan-Rusiya əlaqələrinin gələcək inkişafına dair fikir mübadiləsinin aparıldığını qeyd edib.

Reyting.az




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}