12:30 / 23-11-2024
Azərbaycanda zəlzələ olub
Prezident ABŞ Dövlət katibi müavininin müşavirini qəbul edib
Tarix: 30-04-2019 17:22 | Bölmə: Gündəm
Prezident ABŞ Dövlət katibi müavininin müşavirini qəbul edib

Azərbaycan prezidenti İlham Əliyev ABŞ Dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisinin müavini Corc Kenti qəbul edib.

Reyting.az bildirir ki, prezident ölkələrimiz arasında əməkdaşlığın inkişafından məmnunluğunu ifadə edib, əlaqələrimizin siyasi, iqtisadi, ticarət, enerji, təhlükəsizlik və digər sahələrdə genişləndiyini vurğulayıb.

Azərbaycanın ABŞ ilə ikitərəfli əlaqələri tərəfdaşlıq müstəvisində davam etdirmək niyyətində olduğunu deyən dövlət başçısı son dövrlər ərzində ölkələrimiz arasında qarşılıqlı təmasların və tədbirlərin əhəmiyyətini vurğuladı və bu müsbət dinamikanın davam etdiriləcəyinə ümidvar olduğunu bildirib.

Keçən ilin oktyabrında Azərbaycana səfərini xatırlayan ABŞ Dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisinin müavini Corc Kent ikitərəfli əlaqələrimizdə olan bu müsbət dinamikanı davam etdirmək məqsədilə ölkəmizə səfər etdiyini deyib, ABŞ prezidentinin milli təhlükəsizlik məsələləri üzrə müşaviri Con Boltonun ölkəmizə səfəri və onun ardınca aparılan danışıqların əhəmiyyətini vurğulayıb.

Reyting.az




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər