Prezident İsrailin dövlət başçısına məktub göndərdi
Tarix: 08-05-2019 18:39 | Bölmə: Gündəm
Prezident İsrailin dövlət başçısına  məktub göndərdi

Prezident İlham Əliyev İsrail dövlətinin prezidenti Reuven Rivlinə təbrik məktubu göndərib.

Reyting.az
həmin məktubun mətnini təqdim edir:

"Hörmətli cənab Prezident,

Ölkənizin milli bayramı – Müstəqillik Günü münasibətilə Sizə və xalqınıza öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi yetirirəm.

İnanıram ki, Azərbaycan ilə İsrail arasındakı münasibətlər xalqlarımızın mənafelərinə uyğun olaraq bundan sonra da dostluq və əməkdaşlıq ruhunda inkişaf edəcək və genişlənəcəkdir.

Belə bir əlamətdar gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost İsrail xalqına əmin-amanlıq və firavanlıq diləyirəm".




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}