Prezident, ailə üzvləri və dövlət rəsmiləri Heydər Əliyevin məzarını ziyarət edib
Tarix: 10-05-2019 10:28 | Bölmə: Gündəm
Prezident, ailə üzvləri və dövlət rəsmiləri Heydər Əliyevin məzarını ziyarət edib

Xəbər verdiyimiz kimi, bu gün mərhum prezident Heydər Əliyevin anadan olmasının 96-cı ildönümü günüdür.

Reyting.az
xəbər verir ki, Prezident İlham Əliyev, birinci xanım Mehriban Əliyeva, ailə üzvləri, ulu öndərin doğmaları və yaxınları Heydər Əliyevin məzarını ziyarət etmək üçün Fəxri xiyabana gəliblər.

Prezident İlham Əliyev Heydər Əliyevin məzarı önünə əklil qoyub, xatirəsini ehtiramla anıb. Azərbaycan Respublikasının dövlət himni səsləndirilib.

Sonra dövlət başçısı və ailə üzvləri akademik Zərifə xanım Əliyevanın, görkəmli dövlət xadimi Əziz Əliyevin və tanınmış həkim-alim Tamerlan Əliyevin məzarlarını ziyarət edərək üzərinə gül dəstələri qoyublar.

Heydər Əliyevin məzarının ziyarət olunması mərasimində Baş nazir Novruz Məmmədov, Milli Məclisin sədri Oqtay Əsədov, Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev, nazirlər, komitə və şirkət rəhbərləri, Milli Məclisin deputatları iştirak ediblər.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}