DİM rəsmisi: "Qəbulda hər hansı fəndən “sıfır” balı olanlar ali məktəbdə ödənişsiz oxuya biləcək"
Tarix: 13-05-2019 19:26 | Bölmə: Gündəm
DİM rəsmisi: "Qəbulda hər hansı fəndən “sıfır” balı olanlar ali məktəbdə ödənişsiz oxuya biləcək"

Qəbul imtahanlarının birinci mərhələsində hər hansı fənn üzrə “sıfır” ballıq nəticə göstərənlər ümumi tələbləri ödədikləri halda ali təhsil müəssisələrinin ödənişsiz ixtisaslarını seçə bilərlər.

Reyting.az
xəbər verir ki. bunu Dövlət İmtahan Mərkəzinin sektor müdiri Xanlar Xanlarzadə abituriyentlər üçün təşkil edilən canlı yayım zamanı deyib.

O bildirib ki,qəbul imtahanlarının birinci mərhələsində hər hansı fənn üzrə “sıfır” ballıq nəticə göstərənlər ümumi tələbləri ödədikləri halda ali təhsil müəssisələrinin ödənişsiz ixtisaslarını seçə bilərlər: “İmtahanın hər iki mərhələsi üzrə ballar toplanır. Əgər ikinci mərhələ üzrə bal 100, ümumi bal isə 200-dürsə, abituriyent ali təhsil müəssisələrinin həm ödənişli, həm də ödənişsiz ixtisaslarının müsabiqəsində iştirak edə bilər”.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}