17:38 / 28-03-2024
Əməkdar artist vəfat edib
ABŞ-ın dövlət katibi Rusiyaya gəlib
Tarix: 14-05-2019 13:06 | Bölmə: Gündəm
ABŞ-ın dövlət katibi Rusiyaya gəlib

ABŞ-ın dövlət katibi Maykl Pompeo Rusiya rəhbərliyi ilə görüşmək üçün Soçiyə gəlib.

Məlumatı RİA "Novosti” yayıb.

Görüşdən əvvəl dövlət katibi bildirib ki, qarşı tərəflə çoxsaylı məsələləri müzakirə edəcəklər.

O, müzakirələr zamanı fikir ayrılığı ola biləcəyinin də istisna etməyib: "Rusiyada keçirəcəyim görüş zamanı bir sıra vacib məsələləri müzakirə edəcəyik. Bəzilərini biz razılaşdıra, bir hissəsini isə razılaşdırmaya bilərik. Ancaq milli maraqlar olan yerdə bizim vəzifəmiz gələcək inkişaf üçün yollar axtardır”.

Qeyd edək ki, mayın 14-də Rusiya Prezidenti Vladimir Putin və xarici işlər naziri Seürgey Lavorv Soçidə Maykl Pompeo ilə görüşəcək/Report




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}