Prezident İlham Əliyev 4 səfirin etimadnaməsini qəbul etdi
Tarix: 23-07-2019 12:16 | Bölmə: Gündəm
Prezident İlham Əliyev 4 səfirin etimadnaməsini qəbul etdi

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 23-də Çin Xalq Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri xanım Qo Minin etimadnaməsini qəbul edib.

Reyting.az
xəbər verir ki, məlumatı Azərbaycan Prezidentinin Mətbuat xidməti yayıb.

Prezident İlham Əliyev iyulun 23-də Kolumbiyanın Azərbaycanda yeni təyin olunan fövqəladə və səlahiyyətli səfiri Luis Antonio Dimate Kardenasın etimadnaməsini də qəbul edib.

Dövlət başçısı Malayziyanın Azərbaycanda yeni təyin olunan fövqəladə və səlahiyyətli səfiri Yubazlan Bin Yusofun etimadnaməsini qəbul edib.

Prezident İlham Əliyev İsveçrə Konfederasiyasının Azərbaycanda yeni təyin olunan fövqəladə və səlahiyyətli səfiri xanım Muriel Peneveyrenin etimadnaməsini qəbul edib.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}