16:46 / 19-04-2024
İlham Əliyev Rusiyaya gedir
İlham Əliyevin İrana səfəri gözlənilir
Tarix: 03-01-2020 12:22 | Bölmə: Gündəm
İlham Əliyevin İrana səfəri gözlənilir

Azərbaycan prezidenti İlham Əliyev tezliklə İrana səfər edəcək.

Reyting.az
“ISNA”-ya istinadla xəbər verir ki, bunu İran Prezidenti Aparatının rəhbəri Məhəmməd Baqir Noubəxt bildirib.

Noubəxtin sözlərinə görə, səfər Rəşt-Astara dəmir yolu xəttinin istifadəyə verilməsi ilə bağlıdır.

“Bu, Azərbaycan Respublikası hökuməti ilə ortaq layihədir. Həmin layihə çərçivəsində iki ölkə səlahiyyətliləri Gilan vilayətində toplaşacaq".

Noubəxt əlavə edib: “Şimal-Cənub Dəhlizinin tamamlanması şimal ölkələrindən Fars körfəzinə yük daşınmasını asanlaşdıracaq. Qonşu ölkələrimiz, xüsusən də Azərbaycan Respublikası üçün bu vacib məsələdir”.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}