18:48 / 25-11-2024
Ətir - Akif Abbasov yazır
Rusiya XİN: "Türkiyə ilə əməkdaşlığımız üçüncü ölkələrə qarşı yönəlməyib"
Tarix: 03-09-2020 18:45 | Bölmə: Gündəm
Rusiya XİN: "Türkiyə ilə əməkdaşlığımız üçüncü ölkələrə qarşı yönəlməyib"

“Biz dövlətlər arasındakı ixtilaf və münaqişələrdən mənfəət güdmədiyimizi dəfələrlə bildirmişik. Ona görə də bu cür mülahizələrin təxribatdan başqa bir şey olmadığını düşünürük”.

Bu fikirləri Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova brifinq zamanı Türkiyənin Aralıq dənizindəki siyasətinə dair suala cavab verərkən deyib.

“Bu mövqeyimiz Aralıq dənizinin şərqi kimi çox həssas və risqli bir regiona da tam şəkildə şamil olunur. Və münaqişə tərəflərinin bizim hərbi-siyasi müttəfiqimiz olub-olmaması məsələsi bu mənada əhəmiyyət daşımır”, - deyən Rusiya rəsmisi bütün mübahisəli məsələlərin yalnız siyasi dialoq yolu ilə həll olunmasına tərəfdar olduqlarını diqqətə çatdırıb: “Biz heç kimi təczvüzkar addımlara təhrik etmirik. İkitərəfli, o cümlədən Türkiyə ilə əməkdaşlıq əlaqələrimizin üçüncü ölkələrə qarşı yönəlmədiyini də dəfələrlə vurğulamışıq”/Report.




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər