ÜST: "Dünyada koronavirusa qarşı təxminən 180 peyvənd hazırlanır"
Tarix: 10-09-2020 19:38 | Bölmə: Gündəm
ÜST: "Dünyada koronavirusa qarşı təxminən 180 peyvənd hazırlanır"

Hazırda dünya ölkələri koronavirusa qarşı 180-ə yaxın peyvənd hazırlayır ki, bunlardan 35-i insanların üzərində sınaqdan keçirilir.

Bunu Cenevrədə keçirilən brifinqdə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) rəhbəri baş direktoru Tedros Adanom Gebreyesus deyib.

"Hazırda 180-ə yaxın peyvənd hazırlanır və onlardan 35-i insanlarda sınaqdan keçirilir. Dünya tarixində heç bir xəstəliklə əlaqədar bu qədər sürətli araşdırma olmamışdı", - deyə ÜST-ün rəhbəri qeyd edib/APA.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}