18:48 / 25-11-2024
Ətir - Akif Abbasov yazır
Nazirlər Kabineti "Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nı dəyişib
Tarix: 12-09-2020 15:07 | Bölmə: Gündəm
Nazirlər Kabineti "Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nı dəyişib

Nazirlər Kabineti "Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nda ediləcək dəyişikliklərin mahiyyətini açıqlayıb. 

Nazirlər Kabinetindən Reyting.az-a verilən məlumata görə, Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası” Ailə Məcəlləsinə uyğun olaraq hazırlanıb. 

Məlumata görə, dövlət mənafeyi, ictimai mənafe üçün, vətəndaşların şəxsi, habelə əmlak hüquqlarının qorunması məqsədilə Ədliyyə Nazirliyinin və Naxçıvan Muxtar Respublikasının ərazisində Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri, nikah evləri, Xarici İşlər Nazirliyinin xaricdəki konsulluq idarələri, rayon tabeli şəhərlərdə, qəsəbələrdə və kəndlərdə rayon, şəhər, şəhər rayonu icra hakimiyyətlərinin nümayəndəlikləri (bundan sonra – müvafiq olaraq "Qeydiyyat şöbəsi", "konsulluq idarəsi, "icra hakimiyyətinin nümayəndəliyi") tərəfindən vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı qaydasını müəyyən edir.

"Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın dəyişikliklər “Dövlət rüsumu haqqında” qanunun 12.2.3-cü maddəsindən “yaxud ən azı üç il müddətində azadlıqdan məhrum edilmiş şəxsdirsə” sözləri çıxarılıb.

Qeyd edilən dəyişikliyə əsasən vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı dövlət rüsumundan azaddır.




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər