07:49 / 25-04-2024
Kuba prezidenti etiraz edir
Prezident AAYDA-ya 12,5 milyon manat ayırıb - Sərəncam
Tarix: 24-09-2020 12:55 | Bölmə: Gündəm
Prezident AAYDA-ya 12,5 milyon manat ayırıb - Sərəncam

Prezident İlham Əliyev sentyabrın 24-də “Avtomobil yollarının təmiri və tikintisi ilə bağlı əlavə tədbirlər haqqında” Sərəncam imzalayıb.

Reyting.az
xəbər verir ki, Sərəncama əsasən, Bakı–Quba–Rusiya Federasiyası ilə dövlət sərhədi yeni avtomobil yolunun 16-cı kilometrindən (VAZ dairəsi) 30-cu kilometrinədək (Sumqayıt) olan 14 kilometr hissəsində təmir-bərpa işlərinin və “Ağ şəhər” layihəsi çərçivəsində avtomobil yollarının tikintisi işlərinin davam etdirilməsi məqsədilə Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Prezidentin ehtiyat fondundan Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə, müvafiq olaraq, 8 milyon manat və 4,5 milyon manat ayrılıb.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}