18:48 / 25-11-2024
Ətir - Akif Abbasov yazır
Gürcüstan Azərbaycan-Ermənistan cəbhə xəttindəki vəziyyətdən narahatdır
Tarix: 27-09-2020 12:38 | Bölmə: Gündəm
Gürcüstan Azərbaycan-Ermənistan cəbhə xəttindəki vəziyyətdən narahatdır

“Gürcüstan hər zaman sülh və sabitliyin tərəfdarı olub”.

Bu barədə Gürcüstan parlamentinin Müdafiə və təhlükəsizlik məsələləri üzrə komitəsinin sədri İrakli Sesiaşvili Azərbaycan-Ermənistan cəbhə xəttindəki vəziyyəti şərh edərkən bildirib.

Onun sözlərinə görə, münaqişə həm bölgənin, həm də Gürcüstanın təhlükəsizliyi üçün təhdiddir: “Cəbhə xəttindəki vəziyyətdən narahatıq. Gürcüstanın müvafiq qurumları vəziyyəti izləyir və təhlil aparır. Bizim sülh və təhlükəsizliyə dəstəyimiz lazım olarsa, Gürcüstan buna hazır olacaq”.

İ.Sesiaşvili tərəfləri atəşkəsə və sülh danışıqlarını davam etdirməyə çağırıb/Report.




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər