07:49 / 25-04-2024
Kuba prezidenti etiraz edir
Azərbaycanda daha 58 nəfər koronavirusa yoluxub, 2 nəfər vəfat edib
Tarix: 29-09-2020 17:13 | Bölmə: Gündəm
Azərbaycanda daha 58 nəfər koronavirusa yoluxub, 2 nəfər vəfat edib

Azərbaycan Respublikasında koronavirus infeksiyasından daha 102 nəfər sağalıb, 58  yoluxma faktı qeydə alınıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Reyting.az-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 2 nəfər vəfat edib: "İndiyədək ölkədə ümumilikdə 40 119 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 37 827 nəfər müalicə olunaraq sağalıb, 590 nəfər vəfat edib. Hazırda aktiv xəstə sayı 1 702-dir. 

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 5 496, bu günə qədər isə ümumilikdə 1 110 279 test icra olunub".




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}