Mətbuat katibi: "Azərbaycan Hərbi Hava Qüvvələrinin tərkibində F-16 tipli təyyarə yoxdur"
Tarix: 29-09-2020 19:56 | Bölmə: Gündəm
Mətbuat katibi: "Azərbaycan Hərbi Hava Qüvvələrinin tərkibində F-16 tipli təyyarə yoxdur"

“Biz bugünkü bəyanatda da bildirmişik ki, Azərbaycan Hərbi Hava Qüvvələrinin tərkibində F-16 tipli təyyarə mövcud deyil”.

Bunu Müdafiə Nazirliyinin keçirdiyi brifinqdə Müdafiə Nazirliyinin Mətbuat Xidmətinin mətbuat katibi, polkovnik-leytenant Anar Eyvazov deyib.

Qeyd edək ki, İrəvan bu gün Ermənistana məxsus Su-25 təyyarəsinin F-16 qırıcısı tərəfindən vurulduğu barədə məlumat yayıb.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}