18:48 / 25-11-2024
Ətir - Akif Abbasov yazır
Azərbaycanın Baş Naziri Türkiyənin Vitse-prezidenti ilə telefonla danışıb 
Tarix: 29-09-2020 20:52 | Bölmə: Gündəm
Azərbaycanın Baş Naziri Türkiyənin Vitse-prezidenti ilə telefonla danışıb 

Bu gün Türkiyə Respublikasının Vitse-prezidenti Fuad Oktay Azərbaycan Respublikasının Baş Naziri Əli Əsədova telefonla zəng edib.

Nazirlər Kabinetinin Mətbuat Xidmətindən Reyting.az-a verilən məlumata görə, vitse-prezident Fuad Oktay Ermənistanın təcavüzünün qarşısının alınması və işğal olunmuş torpaqların azad edilməsi işində Türkiyənin Azərbaycanın yanında olduğunu və hər cür yardım göstərməyə hazır olduqlarını bildirib.

Baş Nazir Əli Əsədov Türkiyə Respublikası rəhbərliyinin bütün səviyyələrdə Azərbaycana göstərdiyi dəstəyə görə minnətdarlığını ifadə edib.

Telefon danışığı zamanı Baş Nazir Əli Əsədov və Vitse-prezident Fuad Oktay ikitərəfli münasibətlərə dair məsələləri müzakirə ediblər.




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər