18:48 / 25-11-2024
Ətir - Akif Abbasov yazır
MN: "Azərbaycan Ordusu yalnız hərbi obyektlərə zərbə endirir"
Tarix: 01-10-2020 15:27 | Bölmə: Gündəm
MN: "Azərbaycan Ordusu yalnız hərbi obyektlərə zərbə endirir"

Ermənistan tərəfi Hadrut və Xocavənd yaşayış məntəqələrində məskunlaşan mülki əhalinin Azərbaycan Ordusunun atəşinə məruz qalması barədə növbəti yalan məlumat yayıb.

Müdafiə Nazirliyindən Reyting.az-a verilən məlumata görə, Ermənistandan ordusundan fərqli olaraq Azərbaycan Ordusu mülki əhaliyə deyil, yalnız hərbi obyektlərə zərbələr endirir: "Bölmələrimiz tərəfindən düşmən işğalı altında olan Hadrut yaşayış məntəqəsindəki Ermənistan silahlı qüvvələrinin 18-ci motoatıcı diviziyasının qərargahına, onun tabeliyində olan 1-ci motoatıcı alayının infrastrukturuna və Xocavənddəki 3-cü motoatıcı alayın qərargahına atəş zərbələri endirilib".




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər