18:48 / 25-11-2024
Ətir - Akif Abbasov yazır
Prezidentin köməkçisi: "Vasitəçi dövlətlər birtərəfli açıqlamalardan çəkinməlidir"
Tarix: 03-10-2020 17:38 | Bölmə: Gündəm
Prezidentin köməkçisi: "Vasitəçi dövlətlər birtərəfli açıqlamalardan çəkinməlidir"

“Vasitəçilik funksiyasını həyata keçirən bütün dövlətlər birtərəfli açıqlamalardan çəkinməlidir. Birtərəfli açıqlamaların verilməsi bu danışıqlar prosesinə və vasitəçilik missiyalarına xələl gətirə biləcək hallardır”.

Reyting.az
xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Fransa prezidenti Emanuel Makronun danışıqlar prosesinin yeni formata keçirilməsiilə bağlı təklifinə münasibət bildirərkən deyib.

Onun sözlərinə görə, danışıqlar missiyasının mahiyyəti olduğu kimi qalır:

“Əvvəl hətta Xarici İşlər nazirlərinin görüşlərinin keçirilməsi barədə təkliflər də vardı. Azərbaycan tərəfi də bu məsələlərə bu və ya digər formada baxa bilər. Ancaq ilk növbədə Azərbaycanın işğal olunmuş ərazilərinin işğaldan azad olunması istiqamətində səylər səfərbər olunmalıdır ki, Ermənistanın Azərbaycana işğalına son qoyulsun”.




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər