18:48 / 25-11-2024
Ətir - Akif Abbasov yazır
Azərbaycan Hərbi Komandanlığı işğal altında olan mülki əhaliyə müraciət edib
Tarix: 04-10-2020 16:28 | Bölmə: Gündəm
Azərbaycan Hərbi Komandanlığı işğal altında olan mülki əhaliyə müraciət edib

Azərbaycanın Hərbi Komandanlığı döyüşlər gedən istiqamətlərdəki yaşayış məntəqələrində məskunlaşan ölkəmizin erməni vətəndaşlarına müraciət edərək bildirir ki, Azərbaycan Ordusu dinc əhalini, mülki obyektləri və infrastrukturu hədəfə almır.

Müdafiə Nazirliyindən Reyting.az-a verilən məlumata görə, Azərbaycan Ordusunun hədəfi işğal olunmuş ərazilərimizdəki atəş mövqeləri, hərbi obyektlər və hərbi infrastrukturdur: "Bununla əlaqədar bu ərazilərdə məskunlaşan mülki əhalini döyüşlər gedən bölgələrdən uzaq durmağa çağırırıq. Bildiririk ki, onların ağır döyüşlərdən ziyan çəkməməsi və ərazidən maneəsiz təxliyəsi üçün tərəfimizdən müvafiq şərait yaradılacaq. Mülki əhali ilə Cenevrə Konvensiyasının tələblərinə uyğun rəftar olunacaq və onların insan hüquqları qorunacaq".




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər