18:48 / 25-11-2024
Ətir - Akif Abbasov yazır
Ermənilər Tərtərə növbəti dəfə top atıb, 2 mülki şəxs yaralanıb
Tarix: 05-10-2020 09:19 | Bölmə: Gündəm
Ermənilər Tərtərə növbəti dəfə top atıb, 2 mülki şəxs yaralanıb

Cəbhədə şiddətli döyüşlər davam edir.

Ermənistan silahlı qüvvələri qəsdən və hədəflənmiş şəkildə Tərtər şəhərini və ətraf kəndləri yenidən artilleriya atəşinə tutur.

Düşmən yenidən rayonun dinc sakinlərini hədəf alıb.

Oktyabrın 4-ü gecə saatlarında ermənilərin növbəti dəfə atdığı top mərmilərindən biri şəhərin mərkəzinə düşüb. Nəticədə iki nəfər yaralanıb. Həmin şəxslər xəstəxanaya çatdırılıb.

Bundan başqa, mülki evlərə, obyektlərə və inzibati binalara ziyan dəyib. Bir çox evlər, obyektlər dağıdılıb. Hazırda döyüşlər davam edir.




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər