Prezidentin köməkçisi: “Ermənistanın dövlət terroru davam edir”
Tarix: 08-10-2020 10:46 | Bölmə: Gündəm
Prezidentin köməkçisi: “Ermənistanın dövlət terroru davam edir”

“Ermənistanın kamikadze dronu Azərbaycanın hava hücumundan müdafiə qüvvələri tərəfindən uğurla məhv edilib”.

Bunu Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev ”Twitter”dəki hesabındakı paylaşımında bildirib.

O yazıb ki, kamikadze dron mülki obyektlərin ətrafında hərəkət edib, kamikadze dronun məhv edilməsi nəticəsində daha çox mülki şəxsin həyatı xilas edilib: “Ermənistanın dövlət terroru davam edir. Sülhə vadar etmə missiyası Ermənistanı dayandırmağa davam etməlidir”.




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər