MN: "Döyüş əməliyyatlarının maddi-texniki təminatı ilə bağlı heç bir problem yoxdur"
Tarix: 08-10-2020 12:04 | Bölmə: Gündəm
MN: "Döyüş əməliyyatlarının maddi-texniki təminatı ilə bağlı heç bir problem yoxdur"

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin göstərişinə əsasən əks-hücum əməliyyatlarında iştirak edən şəxsi heyətin təminat və təchizat məsələləri dərhal həll olunur.

Müdafiə Nazirliyindən Reyting.az-a verilən məlumata görə, qoşunlarımızın təminatı müvafiq idarə, xidmət və qurumlar tərəfindən planlı şəkildə həyata keçirilir: "Döyüşdə iştirak edən hərbi qulluqçularımız, hərbi texnika və döyüş vasitələrimiz ərzaq, geyim, məişət əşyaları, gündəlik tələbat məhsulları, silah-sursat və yanacaq-sürtgü materialları ilə sutkada 24 saat ərzində fasiləsiz təmin edilir.

Döyüş əməliyyatlarının maddi-texniki təminatı ilə bağlı heç bir problem və çətinlik yoxdur. Təminat və təchizatla bağlı qarşıya qoyulan bütün tapşırıqlar vaxtında icra olunur".




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər