Türkiyə MN: "Ermənistan təcili olaraq işğal etdiyi Dağlıq Qarabağı boşaltmalıdır"
Tarix: 08-10-2020 17:51 | Bölmə: Gündəm
Türkiyə MN: "Ermənistan təcili olaraq işğal etdiyi Dağlıq Qarabağı boşaltmalıdır"

Türkiyə Müdafiə Nazirliyi Gəncə şəhərinin ermənilər tərəfindən bombalanmasına və atəşə tutulmasına öz Tvitter hesabında münasibət bildirib.

Paylaşımda qeyd edilib ki, mülki insanlara hücum edərək bütün dünyanın qarşısında hərbi cinayətlər törədən Ermənistan öz tarixinə daha bir qara ləkə əlavə edir.

Eyni zamanda, bildirilib ki, Ermənistan təcili olaraq işğal etdiyi Dağlıq Qarabağı boşaltmalı və insanlığa qarşı etdiyi cinayətlərə görə hesab verməlidir.




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər