MN sözçüsü: "Ordumuz işğaldan azad edilmiş torpaqlardan bir addım belə geri çəkilməyib"
Tarix: 08-10-2020 18:54 | Bölmə: Gündəm
MN sözçüsü: "Ordumuz işğaldan azad edilmiş torpaqlardan bir addım belə geri çəkilməyib"

"Ordumuz əks-hücum əməliyyatı başlayandan bu günədək işğaldan azad edilmiş torpaqlardan bir addım belə geri çəkilməyib”.

Bunu Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəisi Anar Eyvazov keçirilən brifinqdə deyib.

O bildirib ki, ordumuz düşmənə adekvat tədbir görür: “Azərbaycan Ordusunun atəş zərbələri endirdiyi bütün hədəflər beynəlxalq hüquqa uyğun olaraq legitim xarakter daşıyır. Ordumuz əks-hücum əməliyyatı başlayandan bu günədək işğaldan azad edilmiş torpaqlardan 1 addım belə geri çəkilməyib. Əksinə, əməliyyat planına uyğun bütün tədbirlər fasiləsiz davam etdirilir. İstiqamət Qarabağdır. Qələbə bizimlədir”/APA. 




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər