Türkiyə MN: "Ermənistan hərbi və insanlıq cinayətlərini davam etdirir"
Tarix: 09-10-2020 12:45 | Bölmə: Gündəm
Türkiyə MN: "Ermənistan hərbi və insanlıq cinayətlərini davam etdirir"

Türkiyə Müdafiə Nazirliyi Ermənistan Ordusunun Azərbaycanda mülki obyektləri atəşə tutmasına "Twitter" hesabında münasibət bildirib.

Paylaşımda qeyd olunub ki, hiyləgərliklə pusquda duran Ermənistan Azərbaycanın Goranboy, Tərtər, Ağdam və Füzuli rayonlarında mülki obyektlərini, yaşayış məntəqələri atəşə tutmağa davam edir.

Eyni zamanda bildirilib ki, müharibəni Qarabağ xaricində olan mülki obyektlərə daşımağa çalışan Ermənistan hərbi və insanlıq cinayətlərini davam etdirir./APA




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər