Ümumdünya Elm və İncəsənət Akademiyasının prezidenti İlham Əliyevə məktub ünvanlayıb
Tarix: 09-10-2020 19:22 | Bölmə: Gündəm
Ümumdünya Elm və İncəsənət Akademiyasının prezidenti İlham Əliyevə məktub ünvanlayıb

Ümumdünya Elm və İncəsənət Akademiyasının prezidenti və Baş icraçı direktoru Qarri Yakobs Azərbaycan Prezidenti İlham Əliyevə məktub ünvanlayıb.

Məktubda deyilir:

"Zati-aliləri,

Ümumdünya Elm və İncəsənət Akademiyası Dağlıq Qarabağda hazırda baş verən hadisələri böyük narahatlıqla izləyir. Həlak olanlara rəhmət, yaralılara şəfa diləyirik. Biz akademiklər inanırıq ki, BMT-nin 75-ci ildönümündə hər kəs BMT Təhlükəsizlik Şurasının qətnamələrinə hörmət etməli və onlara uyğun davranmalıdır.

Son on il ərzində biz müttəfiqimiz olan Nizami Gəncəvi Beynəlxalq Mərkəzi ilə dialoq, tolerantlıq və anlaşmanın təşviq olunması istiqamətində sıx əməkdaşlıq etmişik. Ümid edirik ki, bu, dünyaya fayda verməyə davam edəcək".




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər