MN: "Azərbaycan Ordusu Ermənistan ərazisində yerləşən heç bir obyektə atəş açmayıb"
Tarix: 10-10-2020 11:29 | Bölmə: Gündəm
MN: "Azərbaycan Ordusu Ermənistan ərazisində yerləşən heç bir obyektə atəş açmayıb"

"Ermənistanın Qafan əyalətinin Yeritsvank və Artsvanik yaşayış məntəqələrinin guya Azərbaycan Ordusu tərəfindən dronlardan vurulması barədə Ermənistan müdafiə nazirliyinin yaydığı xəbər yalandır və düşmənin növbəti təxribatıdır".

Reyting.az
xəbər verir ki, bu məlumatı Azərbaycan Müdafiə Nazirliyi yayıb.

Bildirilib ki, Azərbaycan Müdafiə Nazirliyi bu xəbəri qəti şəkildə təkzib edir: "Növbəti dəfə bildiririk ki, Azərbaycan Ordusu tərəfindən Ermənistan ərazisində yerləşən heç bir obyektə atəş açılmayıb və açılmır. Düşmənin yaydığı bu tip xəbərlər məqsədyönlü şəkildə həyata keçirilən təxribatdır".




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər