XİN başçısı Ermənistanın atəşkəsi pozduğunu elan etdi: "Hazırda hərbi əməliyyatlar davam edir"
Tarix: 10-10-2020 16:24 | Bölmə: Gündəm
XİN başçısı Ermənistanın atəşkəsi pozduğunu elan etdi: "Hazırda hərbi əməliyyatlar davam edir"

“Ermənistan ciddi şəkildə öz öhdəliklərini yerinə yetirməli, danışıqlar prosesinə tam ciddiyyəti ilə qayıtmalı və bununla balı olaraq real addımlar atılmalıdır. Hesab edirəm ki, Ermənistan tərəfindən imitasiya prosesinin həyata keçirilməsi, ciddi addımların atılmaması olarsa, hərbi əməliyyatların bərpa edilməsi riski hər zaman mövcuddur”.

Bunu bu gün keçirilər mətbuat konfransında Xarici İşlər naziri Ceyhun Bayramov bildirib.

C. Bayramov onu da deyib ki, hazırda Ermənistan Moskvada imzalanan sənədin tələblərinə əməl etmir və müvəqqəti atəşkəsin elan olunmasına baxmayaraq, hərbi əməliyyatlar davam edir/APA.




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər